Pirelli Almaniya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Sayta qoyulub: 08:48 11.07.2018 (164 dəfə oxunub)

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Britaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar Almaniyaya Medium, Soft və UltraSoft təkərləri gətirəcəyini elan etmişdi.  Sürücülər yenə də ən yumşaq tərkibə üstünlük veriblər. Lakin Ferrari və Mercedes sürücülərinin Soft-ları əksər rəqiblərindən daha çox seçmələri də diqqətdən qaçmır. Medium təkərdən isə ən çox Lekler sifariş edib – 3 dəst.

Sürücü Komanda Medium Soft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 2 4 7
Valtteri Bottas Mercedes AMG 1 5 7
Sebastyen Fettel Ferrari 2 4 7
Kimi Rəykkönen Ferrari 1 5 7
Daniel Rikkardo Red Bull 2 3 8
Maks Ferstappen Red Bull 2 4 7
Serxio Peres Force İndia 2 3 8
Esteban Okon Force İndia 2 3 8
Ləns Stroll Williams 2 2 9
Sergey Sirotkin Williams 1 3 9
Karlos Sayns Renault 2 1 10
Niko Hülkenberq Renault 1 2 10
Pyer Qasli Toro Rosso 2 3 8
Brendon Hartli Toro Rosso 2 3 8
Roman Qrojan Haas 2 4 7
Kevin Maqnussen Haas 1 5 7
Fernando Alonso McLaren 2 3 8
Stoffel Vandorn McLaren 2 3 8
Markus Eriksson Sauber 2 3 8
Şarl Lekler Sauber 3 2 8

 

XƏBƏR LENTİ