DÇ-2018: Bu gün Fransa millisinin finaldakı rəqibi müəyyənləşəcək

Sayta qoyulub: 08:48 11.07.2018 (142 dəfə oxunub)

Futbol üzrə dünya çempionatında bu gün daha bir finalçı müəyyənləşəcək.

İkinci yarımfinal matçında Xorvatiya və İngiltərə yığmaları üz-üzə gələcəklər.

Xorvatiya ¼ finalda əsas vaxtı 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatan oyunda Rusiyanı penaltilər seriyasında məğlub edib - 4:3. İngiltərə isə İsveçi 2:0 hesabı ilə üstələyib.

İki komanda dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaq. Xorvatiya millisi mundiallar tarixində ikinci dəfə yarımfinal matçına çıxacaq. Komanda son olaraq 1998-ci il dünya çempionatında bu mərhələyədək irəliləsə də, Fransaya 1:2 hesabı ilə uduzub.

İngiltərə yığması isə dünya çempionatları ərzində üçüncü dəfə yarımfinal matçına çıxacaq. Britaniyalılar qızıl medal qazandıqları 1966-cı il dünya çempionatının yarımfinal oyununda Portuqaliyanı 2:1 hesabı ilə məğlub edib. 1990-cı ildə isə Almaniyaya penaltilər seriyasında uduzub.

DÇ-2018, ½ final

22:00 Xorvatiya – İngiltərə

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun (hamısı Türkiyə), Byörn Kuypers (Hollandiya)

Moskva, "Lujniki" stadionu

Bu görüşün qalibi iyulun 15-də keçiriləcək final matçında Fransa ilə qarşılaşacaq. Məğlub komanda isə iyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika önünə çıxacaq

 

 

 

 

DÇ-2018: Bu gün Fransa millisinin finaldakı rəqibi müəyyənləşəcək

 

 

"Report"

XƏBƏR LENTİ