"Olimpiya"nın futbolçusu: "Qarabağ" hələ yeni mövsümə tam hazır deyil"

Sayta qoyulub: 14:46 10.07.2018 (154 dəfə oxunub)

"Olimpiya"nın futbolçusu: "Qarabağ" hələ yeni mövsümə tam hazır deyil"

 

Sloveniyanın "Olimpiya" klubunun kapitanı Branko İliç ÇL-in I təsnifat mərhələsində "Qarabağ"la oyundan öncə açıqlama verib. Təcrübəli futbolçu sabah "Qarabağ"a qarşı keçirəcəkləri görüş barədə danışıb: "Qarabağ" güclü komandadır. Buna baxmayaraq, özümüzə güvənirik. Yaxşı hazırlıq keçmişik və mərhələ adlayacağımıza inam var. "Qarabağ"ın bizim oyun stilimizə oyun çıxış etməsinə vadar edəcəyik. Rəqibi çox təhlil etmişik. Rəqibin güclü olması yaxşı haldır. Bacardığımı ortaya qoyacağıq. Təbii ki, mərhələ adlayacağımıza söz verə bilmərəm".

35 yaşlı futbolçu "Qarabağ"ın yoxlama görüşlərinə baxdığını və Ağdam klubunun hazır vəziyyətdə olmadığını deyib: "Qarabağ"ın "Dinamo" (Kiyev) və "Ludoqorets"lə matçlarını izləmişik. Heyətlərində kifayət qədər dəyişiklik var. Onlar hələ yeni mövsümə tam hazır deyillər". Qeyd edək ki, Sabah Sloveniyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

XƏBƏR LENTİ