Lopategi Ronaldoya zəng etdi

Sayta qoyulub: 14:06 10.07.2018 (310 dəfə oxunub)

Madrid Realının yeni baş məşqçisi Xulyen Lopategi Kriştiano Ronaldonu komandada saxlamağa cəhd göstərir.

 

Chiringuito de Jugones verilişində verilən məlumata görə ispan mütəxəssis zəng edərək Ronaldo ilə danışıb. Lakin telefon danışığının heç bir əhəmiyyəti olmayıb. Futbolçu öz arqumentlərini gətirərək komandadan getmək istədiyini vurğulayıb.

 

Futbolçu ilə məşqçi razılığa gələ bilməyiblər.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Ronaldo ilə Alleqrinin də telefon danışığı olmuşdu.

XƏBƏR LENTİ