Sergey İqnaşeviç futbolçu karyerasını başa vurub

Sayta qoyulub: 08:57 08.07.2018 (135 dəfə oxunub)

Rusiya milli komandasının və Moskva MOİK-inin müdafiəçisi Sergey İqnaşeviç futbolçu karyerasını başa vurub.

Təcrübəli müdafiəçi qərarını dünya çempionatının 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra açıqlayıb.

O, 39 yaşının tamamına bir həftə qalmış bu addımı atıb.

İqnaşeviç millidə 127 oyuna 7 qol vurub və 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı olub. MOİK-də isə o, 2004-cü ildən çıxış etməyə başlayıb. Mərkəz müdafiəçisi 14 il ərzində 381 oyuna 35 qol vurduğu klubun uzun müddət kapitanı olub. İqnaşeviç Moskva təmsilçisi ilə 18 titul əldə edib. Bunlardan 1-i UEFA Kuboku, 5-i Rusiya çempionluğu, hərəyə 6-sı ölkə kuboku və Super Kubokudur. 

 

 

Sergey İqnaşeviç futbolçu karyerasını başa vurub

 

 

 

"Report" 

XƏBƏR LENTİ