"Qarabağ"ın rəqibi 2 futbolçu transfer etdi

Sayta qoyulub: 19:38 07.07.2018 (233 dəfə oxunub)

"Qarabağ"ın rəqibi 2 futbolçu transfer etdi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Qarabağ”ın rəqibi olan Sloveniyanın “Olimpiya” klubu daha iki yeni futbolçu ilə güclənib. Lyublyana təmsilçisi Asmir Sulyiç və Marko Qayiçi transfer edib. Hər iki futbolçu artıq “Olimpiya”nın iştirak ərizəsinə daxil edilib və “Qarabağ”a qarşı oyunlarda iştirak edə biləcəklər. Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.

XƏBƏR LENTİ