"Sabah" "Qarabağ"ın futbolçusunu transfer etdi

Sayta qoyulub: 19:26 07.07.2018 (99 dəfə oxunub)

"Sabah" "Qarabağ"ın futbolçusunu transfer etdi
 

Premyer Liqanın debütantı “Sabah” növbəti transferini həyata keçirib. Paytaxt təmsilçisi son mövsümü Avastriyanın “Qarabağ” klubunda keçirən müdafiəçi Elvin Bədəlovla anlaşıb. Rusiyanın “Zenit” klubunun yetirməsi olan 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Sabah” Elvindən öncə  Tərzin Cahangirov, Məqsəd İsayev, Kərim Diniyev, Tərlan Əhmədli, Novruz Məmmədov, Ülvi İbazadə, Eltun Turabov, Vadim Abdullayev, Tural Qürbətov, Bəxtiyar Soltanov, Yosip Baliç və Filip İvanoviç transfer edib.

 

XƏBƏR LENTİ