Şeydayevin "Trabzonspor"a keçidi baş tutmadı

Sayta qoyulub: 19:16 07.07.2018 (111 dəfə oxunub)

Şeydayevin "Trabzonspor"a keçidi baş tutmadı
 

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevin Avstriyanın "Mattersburq" klubuna keçidi baş tutmayıb.  Bu barədə məlumatı futbolçunun müqavilə ilə məxsus olduğu Türkiyənin "Trabzonspor" klubunun rəsmi saytı yayıb.  Qara dəniz təmsilçisi yeni klubla danışıqlar aparmaq üçün komandanın düşərgəsini tərk edən hücumçunun geri döndüyünü açıqlayıb.  

Ramil artıq "Trabzonspor"un düşərgəsində məşqlərə başlayıb. O, komanda ilə birgə Sloveniyada baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək. Komandanın baş məşqçisi Ünal Karaman 22 yaşlı futbolçunun Sloveniyada reallaşacaq təlim-məşq toplanışına aparılmasını tələb edib.  

Qeyd edək ki, Şeydayev iyulun 22-də Avstriyanın "Mattersburq" komandası ilə danışıqlar aparmaq üçün "Trabzonspor"un düşərgəsini tərk edib.  

 
 

XƏBƏR LENTİ