İbrahim Şehiçin yeni klubu rəsmən açıqlandı

Sayta qoyulub: 17:38 06.07.2018 (284 dəfə oxunub)

İbrahim Şehiçin yeni klubu rəsmən açıqlandı
 

“Qarabağ”ı tərk edən İbrahim Şehiçin yeni klubunun adına rəsmən aydınlıq gəlib.  Bosniya və Herseqovina milli komandasının üzvü karyerasını Türkiyədə davam etdirəcək. O, bir müddətdir danışıq apardığı “Ərzurumspor”la münasibətlərini rəsmiləşirib.  29 yaşlı futbolçu Superliqa təmsilçisi ilə 2 illik sözləşmə imzalayıb. Sehiç “Ərzurumspor”da ilinə 325 min avro qazanacaq.  Qeyd edək ki, Şehiç 2013-cü ildən “Qarabağ”da çıxış edirdi. O, komandanın heyətində 120 oyun keçirib.

XƏBƏR LENTİ