"Qarabağ" iştirak ərizəsini UEFA-ya göndərdi

Sayta qoyulub: 12:38 06.07.2018 (409 dəfə oxunub)

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Olmpiya" ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFAya təqdim edib. Klubun rəsmi Feysbuk səhifəsinin yaydığı xəbərə görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun müəyyənləşdirdiyi siyahıda 21 futbolçu yer alıb.

Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev


Müdafiəçilər: 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

 

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Donald Gerye, 91. Coşqun Diniyev

Hücumçu: 11. Mahir Mədətov

"Qarabağ" oyunun başlamasına 24 saat qalmışa qədər sifariş vərəqəsinə daha bir futbolçu əlavə edə bilər.
Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında ilk matç iyulun 11-də Sloveniyada, cavab oyunu isə 1 həftə sonra Bakıda keçiriləcək.

XƏBƏR LENTİ