Kalinçlə Atletiko müqavilənin şərtlərini razılaşdırdı

Sayta qoyulub: 12:20 06.07.2018 (137 dəfə oxunub)

Milanın forvardı Nikola Kaliniç Atletikoya keçməyə yaxındır.

 

Sportitalia-nın məlumatına görə Madrid klubu ilə futbolçu müqavilənin şərtlərini razılaşdırıb. Forvard yeni komandasında ilinə 3 milyon avro qazanacaq.

 

Kaliniçin transferi zəncirvari keçidlərə səbəb ola bilər. Çox güman ki, bundan sonra Qameyro Valensiyaya, Dzadza isə Milana keçəcək.

 

 

XƏBƏR LENTİ