Azərbaycan klubları UEFA-nın keçirdiyi turnirlərdə yeniliklərdən yararlanacaqlar

Sayta qoyulub: 07:34 06.07.2018 (66 dəfə oxunub)

 Futbol klubları Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər. 

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) UEFA bayrağı altında keçirilən bütün turnirlərdə əvəzetmələrlə bağlı yeni qərarlar qəbul edib.

Bildirilir ki, hər hansı oyun əlavə vaxta kimi davam etsə, komandalar dördüncü əvəzetmədən istifadə edə bilərlər. Oyunun əsas vaxtında 3 əvəzetmədən az dəyişiklik olsa, onlar öz hüquqlarını itirməyəcəklər.  Dəyişikliklər 2018-2019 mövsümü üçün qüvvəyə minir və Millətlər Liqası, Çempionlar Liqası, Avropa Liqası, habelə 2020-ci ildə təşkil olunacaq Avropa çempionatında da tətbiq olunacaq. 

Mayda İFAB İdarə Heyəti dördüncü əvəzetmədən istifadəni təsdiqləyib. Əvvəllər təcrübə klublar səviyyəsində test edilmişdi. 

2017-ci ilin Konfederasiyalar Kubokunun yarımfinalında baş tutan Portuqaliya - Çili matçının 116-cı dəqiqəsində Andre Qomeş Jelson Martinsin əvəzinə meydana daxil olub. Dünya çempionatları tarixində isə Rusiya yığması ilk dəfə bu təcrübədən yararlanıb. DÇ-2018-in 1/8 finalında İspaniya ilə matçda baş məşqçi Stanislav Çerçesov 97-ci dəqiqədə Daler Kuzyayevin əvəzinə Aleksandr Yeroxini meydana buraxıb. 

Qeyd edək ki, UEFA miqyaslı yarışlarda Azərbaycan klubları və milli komanda da mübarizə aparacaq. 

 

 

Azərbaycan klubları UEFA-nın keçirdiyi turnirlərdə yeniliklərdən yararlanacaqlar

"Report" 

XƏBƏR LENTİ