"Napoli" klubu ispaniyalı futbolçu transfer edib

Sayta qoyulub: 07:31 06.07.2018 (173 dəfə oxunub)

İtaliyanın "Napoli" klubu İspaniya "Betis"inin futbolçusu Fabian Ruisi heyətinə qatıb. 

Neapol təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. İspaniyalı futbolçu yeni klubunda illik 1,8 milyon avro qazanacaq. "Napoli" bu transfer üçün İspaniya təmsilçisinə 30 milyon avro ödəyib. 

Qeyd edək ki, Fabian Ruis 2014-cü ildən "Betis"də çıxış edir. O, komandanın heyətində 35 oyuna 3 qol vurub. 

 

 

 

"Napoli" klubu ispaniyalı futbolçu transfer edib

 

 

 

"Report" 

XƏBƏR LENTİ