"Səbail"də braziliyalı futbolçu

Sayta qoyulub: 13:58 05.07.2018 (281 dəfə oxunub)

     
"Səbail"də braziliyalı futbolçu

Növbəti mövsümlə bağlı ciddi hazırlıq görən «Səbail» düşərgəsinə yeni legioner dəvət edib.

 Bu, Lukas DOS Santos Nasimentudu. 23 yaşlı yarımmüdafiəi qarşıdakı günlərdə baş məşqçi Aftandil Hacıyevin rəğbətini qazanmağa çalışacaq. Braziliyalı gənc futbolçu bunadək vətənində «Ferroivario»nun şərəfini qoruyub. O, həmçinin «Barra da Tijuca» və «Vasko»nun da formasını geyinib.

XƏBƏR LENTİ