"Beşiktaş"ın futbolçusu "Liverpul"un hədəfində

Sayta qoyulub: 12:24 05.07.2018 (403 dəfə oxunub)

"Beşiktaş"ın futbolçusu "Liverpul"un hədəfində
 

Düya çempionatında Xorvatiyanın heyətində əla performans göstərən Domaqoy Vidanı transfer etmək istəyən klubların sayı artmaqdadır. Ötən mövsüm qış fasiləsində Kiyev "Dinamo"sundan "Beşiktaş"a azad agent statusu ilə keçən müdafiəçi yenə də komandasını dəyişə bilər. İngiltərə Premyer Liqa təmsilçisi "Liverpul" Vidaya "elçi düşüb". "Qırmızılar" Xorvatiya millisində Deyan Lovrenlə əla tandem təşkil edən futbolçunu transfer etməkdə israrlıdır. Rəhbərlik Vidanın "Liverpul"da Lovrenlə müdafiə problemlərini həll edəcəyini düşünür. "Beşiktaş"ın Vidaya 13,2 milyon funt-sterlinq qoyduğu qeyd edilir. Vida ilə "Everton" və "Lester Siti" də maraqlanır.

XƏBƏR LENTİ