"Olimpiya"-"Qarabağ" matçında belçikalı hakim

Sayta qoyulub: 15:30 04.07.2018 (147 dəfə oxunub)

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Olimpiya" (Sloveniya) - "Qarabağ" oyununun hakim təyinatları açıqlanıb. Matçı Belçika Futbol Federasiyasından Lourens Visser idarə edəcək.

 

11 iyul

Çempionlar Liqası, I təsnifat mərhələsi

 

22:00 "Olimpiya" - "Qarabağ"
Baş hakim:
 Lourens Visser
Yan xətt hakimləri: Karel De Roker, Yo De Vayrd
Dördüncü hakim: Bram Van Drişe (hamısı Belçika)
Hakim-inspektor: Paulius Maljinskas (Litva)
UEFA nümayəndəsi: Çarls Con Qrandi (Şimali İrlandiya)

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-i Bakıda olacaq.

XƏBƏR LENTİ