"Qarabağ" Bolqarıstan yığmasının futbolçusunu transfer etmək istəyir

Sayta qoyulub: 13:48 04.07.2018 (189 dəfə oxunub)

"Qarabağ" klubu Bolqarıstan yığmasının futbolçusu Simon Slavçevi heyətinə qata bilər. 

25 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Portuqaliyanın "Sportinq" klubunun düşərgəsinə qoşulmayıb. O, Lissabon təmsilçisində tibbi müayinədən keçsə də, komandanı tərk edəcək və "Qarabağ"a transfer olacaq. 

Qeyd edək ki, 2014-cu ildən "Sportinq"də çıxış edən Simon Slavçev icarə əsasında İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarının formasını geyinib. 

 

 

"Qarabağ" Bolqarıstan yığmasının futbolçusunu transfer etmək istəyir

 

 

 

"Report" 

XƏBƏR LENTİ