Rəsmən: Erik Bulye istefaya göndərilib

Sayta qoyulub: 12:32 04.07.2018 (171 dəfə oxunub)

McLaren komandasının mətbuat xidmətinin yaydığı məlumata görə, komandanın idman direktoru Erik Bulye itsefaya göndərilib – fransalı mütəxəssis tutduğu postu dünən axşam tərk edib.

F-1.az-ın əldə etdiyi məlumata görə, Zek Braun komandanın mövsümün əvvəlindən zəif formada olmasını, xüsusən də son yarışlarda sıralanma turlarında uğursuz çıxışlarını nəzərə alaraq, Erik Bulyenin istefasını qəbul edib. Bulye postundan ayrılsa da, onun yerinə yeni təyinat olmayacaq – Braun komandanın idarəedilməsini sadələşdirməyi qərara alıb.

Komandanın əməliyyat direktoru Saymon Roberts istehsal, layihə və logistika işlərinə nəzarət edəcək. Andrea Stella trasda baş verənlərə məsuliyyət daşıyacaq. Jil de Ferran isə komandanın idmanı yönümünə nəzarəti reallaşdıracaq.

Bütün dəyişikliklər bu gündən artıq qüvvədədir və qarşıdakı ev yarışına komandanı yeni rəhbərlik çıxaracaq….

XƏBƏR LENTİ