Lövlə bağlı qərar verildi

Sayta qoyulub: 13:24 03.07.2018 (268 dəfə oxunub)

Almaniya millisinin baş məşqçisi Yoaxim Löv postunda qalacaq.

 

58 yaşlı mütəxəssis mundialdakı fiaskoya baxmayaraq işini davam etdirmək istədiyini Almaniya Futbol Federasiyasına bildirib.

 

Mayın ortalarında DFF Lövlə müqavilənin müddətini 2022-ci ilə qədər artırmışdı. Cənubi Koreyaya məğlubiyyətdən sonra (0:2) rəhbərlik Lövə etimad göstərdiyini də açıqlamışdı.

 

Mütəxəssisin hazırda əsas məqsədi 2020-ci il Avropa çempionatını qazanmaqdır.

 

 

XƏBƏR LENTİ