"Kəpəz"in legionerləri FİFA-ya şikayət etdi

Sayta qoyulub: 12:41 03.07.2018 (214 dəfə oxunub)

 
 
"Kəpəz"in legionerləri FİFA-ya şikayət etdi

Son iki ayın maaşını ala bilməyən "Kəpəz"in legioner futbolçuları FİFA-ya şikayət etmək qərarına gəliblər. Artıq Dieqo Souza və Quili Manjqaladze yazılı şəkildə bu şikayəti edib.

Yalnlz Dario Federiko daha yaxşı maaş müqabilində "Neftçi"yə keçdiyi üçün borc söhbətini bağışlayıb. Lakin Dieqo ilə Manjqaladze qərarında qətidir. Artıq məsələdən AFFA da məlumatlıdır və federasiya onların borcunu qaytarmaq üçün əl-ayağa düşüb. Çünki növbəti dəfə FİFA-nın "qara siyahısı"na düşmək istəmirlər.

XƏBƏR LENTİ