"Olimpiya"nin yeni transferi: "Qarabağ"la oyunda əsl gücümüzü göstərəcəyik"

Sayta qoyulub: 12:34 03.07.2018 (287 dəfə oxunub)

 

"Olimpiya"nin yeni transferi: "Qarabağ"la oyunda əsl gücümüzü göstərəcəyik"

“Olimpiya”ya gəldiyim üçün çox şadam. Yeni komanda yoldaşlarım, məşqçilər və bütün peşəkar personalla görüşmək üçün səbirsizlənirəm”. Bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya”nın yeni transferi Matiç Çrniç deyib. Dünən Lyüblyana təmsilçisi ilə müqavilə bağlayan sloveniyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında “Qarabağ”la qarşıdakı oyunlardan da danışıb:

“Komandaya bacardığım qədər tez uyğunlaşmağa çalışacağam. Bilirəm ki, hər şey azarkeşlər tərəfindən yaxşı qarşılanacaq. Çempionlar Liqasının təsnifat mərhələsində keçirəcəyimiz ilk oyunu gözləyirik. Şəxsən mən sərfəli nəticə qazanacağımıza inanıram. Ümid edirəm ki, “Qarabağ”la oyunu yüksək səviyyədə keçirəcəyik. Müsbət nəticə qazanacağımıza inanırıq. “Olimpiya”nın əsl gücünü göstərəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında ilk oyun iyulun 11-də Lyüblyanada olacaq və Bakı vaxtı ilə 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 18-də Bakıda keçiriləcək. Bu görüşün başlama saatı isə 21:00-dır.

 

XƏBƏR LENTİ