► "Neftçi" Bosniya klubunu məğlub etdi

Sayta qoyulub: 11:32 03.07.2018 (201 dəfə oxunub)

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib. “Ağ-qaralar” “Çelik”lə üz-üzə gəlib. Bosniya və Herseqovina təmsilçisi ilə görüş Bakı klubunun 4:1 qələbəsiylə başa çatıb. "Çelik" ötən mövsüm Bosniya və Herseqovina çempionatında 12 komanda arasında 11-ci yeri tutub. “Neftçi” bu oyundan əvvəl “Şkupi” (Makedoniya) və “Dunarea Kalarasi” (Rumıniya) üzərində eyni hesabla (2:0) qələbə qazanmışdı. Bakılılar toplanış çərçivəsində son yoxlama matçını iyulun 5-də "Politexnika”ya (Rumıniya) qarşı keçirəcək.

 

“Neftçi” (Azərbaycan) - "Çelik” (Bosniya və Herseqovina) - 4:1

Qollar: Baqali Dabo, 14, Rəhman Hacıyev, 18; 34 (pen.), Namiq Ələsgərov, 60

 

XƏBƏR LENTİ