"Neftçi" milli üzvü ilə yeni müqavilə bağladı

Sayta qoyulub: 14:59 02.07.2018 (154 dəfə oxunub)

"Neftçi" milli üzvü ilə yeni müqavilə bağladı

"Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. Namik Ələskərov 2019/2020 mövsümünün sonunadək “Neftçi”nin formasını geyinəcək. Ötən mövsüm 32 oyunda 6 qol vurmuş 23 yaşlı yarımmüdafiəçinin bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonunda bitəcəkdi. Bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk və Soni Mustivarla müqavilə yenilənmişdi.

XƏBƏR LENTİ