PSJ-nin müdafiəçisi İspaniya klubuna transfer olunub

Sayta qoyulub: 13:48 02.07.2018 (163 dəfə oxunub)

İspaniyanın "Atletik" klubu Fransanın PSJ komandasının futbolçusu Yuri Berçiçeni heyətinə qatıb. 

İspaniya təmsilçisi 28 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayıb. Sözləşmənin şərtlərinə görə, başqa bir klub oyunçunu heyətinə qatmaq istəsə, "Atletik"ə 100 milyon avro ödəməli olacaq. 

Qeyd edək ki, Yuri Berçiçe 2017-ci ildən PSJ-də çıxış edir. O, bütün turnirlər daxil olmaqla Paris təmsilçsində 32 oyunda iştirak edib və 2 qol vurub. 

 

 

PSJ-nin müdafiəçisi İspaniya klubuna transfer olunub

"Report" 

XƏBƏR LENTİ