Salahla uzunmüddətli müqavilə - rəsmi

Sayta qoyulub: 11:46 02.07.2018 (145 dəfə oxunub)

“Liverpul” futbolçusu Məhəmməd Salahla müqaviləni yeniləyib.


Bu barədə klubun saytı xəbər yayıb. Müqavilənin uzunmüddətli olduğu açıqlansa da, digər detalları haqda məlumat verilməyib. "The Telegraph" nəşri isə yeni müqavilə müddətinin 5 illik olduğunu yazıb.


Qeyd edək ki, 2017-ci ilin yayında "Roma"dan “Liverpul”a transfer olunan misirli hücumçu ilk mövsümündə 52 oyuna 44 qol vurub. O, 32 qolla İngltərə Premyer Liqasında 2017/18 mövsümünün ən yaxşı bombardiri olub. 

 

 

Salahla uzunmüddətli müqavilə - rəsmi

 

 

 

qol.az

XƏBƏR LENTİ