Slovakiya millisinin sabiq futbolçusu intihar edib

Sayta qoyulub: 08:42 02.07.2018 (113 dəfə oxunub)

Slovakiya milli komandasının sabiq futbolçusu Yuray Halenar intihar edib.

Bratislava "Slovan"ının hücumçusunun meyiti Vrakun meşə parkından tapılıb. Onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. Halenarın 35 yaşı iyunun 28-də tamamlanıb.

Qeyd edək ki, Yuray Halenar yerli "İnter" (Bratislava), "Petrjalka", "Siqma", "İskra" və "Qaflents", həmçinin Macarıstanın "Spartak" (Nyiredhaza) komandasında forma geyinib. O, 2002-ci il yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçısı olub, 2007-2008-ci illərdə əsas millidə çıxış edib.   

 

 

Slovakiya millisinin sabiq futbolçusu intihar edib

"Report"

XƏBƏR LENTİ