"Uypeşt" - "Neftçi" matçının vaxtı açıqlandı

Sayta qoyulub: 12:12 01.07.2018 (158 dəfə oxunub)

"Uypeşt" - "Neftçi" matçının vaxtı açıqlandı
 

Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək "Uypeşt" - "Neftçi" oyununun vaxtı bəlli olub. Macarıstanda keçiriləcək oyun iyulun 19-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşma klubun əfsanəvi futbolçusu Ferens Susanın adını daşıyan stadionda baş tutacaq. Qeyd edək ki, cütün ilk oyunu iyulun 12-də keçiirləcək. "Dalğa Arena"da baş tutacaq görüşün start fiti 21:00-da səslənəcək.

XƏBƏR LENTİ