"Sabah" yoxlama oyununda qalib gəldi

Sayta qoyulub: 11:08 01.07.2018 (172 dəfə oxunub)

"Sabah" yoxlama oyununda qalib gəldi

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Premyer Liqanın debütantı öz əvəzediciləri ilə qarşılaşıb. Görüş əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində qollara Elgün Nəbiyev və Famil Camalov imza atıblar. Qeyd edək ki, “Sabah” növbəti yoxlama oyununu iyulun 7-də “Səbail”ə qarşı keçirəcək. Qarşılaşma “Bayıl Arena”da baş tutacaq.

XƏBƏR LENTİ