"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşdi

Sayta qoyulub: 10:21 01.07.2018 (223 dəfə oxunub)

"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşdi
 

“Kəpəz” klubunun taleyi böyük ölçüdə müəyyənləşib. Ötən il Topaz Premyer Liqasında sonuncu yeri tutduğu üçün aşağı dəstəyə yuvarlanan “Kəpəz”in yaşayıb-yaşamayacağı müzakirə mövzusu idi. Bizdə olan yekun məlumata görə, Gəncədəki yenilənmiş ot örtüyünü və ictimai qınağı nəzərə alan rəhbərlik “Kəpəz”in yoluna davam etməsinə qərar verib. I liqada yarışacaq komandanın yeni baş məşqçisi də müəyyənləşib. Komandaya Gəncə futbolunun tanınan nümayəndəsi Vidadi Rzayev rəhbərlik edəcək. Məsələ ilə bağlı Futbol11.az saytına danışan çalışdırıcı bu xəbəri nə təkzib, nə də təsdiq edib.  Qeyd edək ki, Vidadi Rzayev ötən mövsüm “Kəpəz”də Yunis Hüseynovun köməkçisi kimi çalışıb. O, I dəstədə "Kəpəz"in baş məşqçisi vəzifəsində çalışıb.  

Futbol11.az

 

XƏBƏR LENTİ