"Qarabağ" Suriya millisinə məğlub oldu

Sayta qoyulub: 10:09 01.07.2018 (122 dəfə oxunub)

"Qarabağ" Suriya millisinə məğlub oldu
 

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşıb. Bu, Qurban Qurbanovun yetirmələrinin yay fasiləsindəki 3-cü matçı oub. Görüşün taleyini 1 qol həll edib. Belə ki, Suriya yığması birinci hissədə vurduğu yeganə qolla meydanı qalib tərk edib. Qeyd edək ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk iki yoxlama matçında “Ludoqorets” (Bolqarıstan - 1:1) və “Vakker İnsbruk”la (Avstriya – 0:0) heç-heçə edib.

Yoxlama oyunu

30 iyun

“Qarabağ” – Suriya milli komandası - 0:1

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev

XƏBƏR LENTİ