"Sumqayıt"ın yay hazırlıq planı bəlli oldu

Sayta qoyulub: 18:21 23.06.2018 (284 dəfə oxunub)

"Sumqayıt"ın yay hazırlıq planı bəlli oldu

"Sumqayıt"ın 2018/2019 mövsümü üçün yay hazırlıq planı məlum olub. Komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək. Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq. "Kimyaçılar" iyunun 30-dan isə təlim-məşq toplanışına yığışacaq. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydançasında hazırlaşacaq. Hazırlığın ilk mərhələsində "gənclik şəhəri" təmsilçisi 2 yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Sumqayıt" hazırlığın ikinci mərhələsini isə qonşu Türkiyədə keçirəcək. İyulun 16-dan 29-dək Boluya yollacacaq Nazim Süleymanovun rəhbərlik etdiyi komanda "Koru" hotelində məskunlaşacaq. Komanda Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. 

XƏBƏR LENTİ