Red Bull zavod komandası olmayacaq

Sayta qoyulub: 08:37 22.06.2018 (415 dəfə oxunub)

Honda Motorsport-un rəhbəri Masaşi Yanamoto bildirib ki, 2019-cu ildə nə Toro Rosso-nu nə də Red Bull-u baza komandası kimi görməyəcəklər. Çünki bunun mənası yoxdur.

F-1.az xatıtladır ki, Red Bull komandası 12 mövsüm bir yerdə yarışdığı Renauıt ilə müqaviləni yeniləməyib və gələn ildən Honda mühərriklərinə keçəcək.

Masaşi Yanamoto: “Bir şirkətin komandaları müştəri və ya istehsalçı olaraq ayırmasının mənası yoxdur. Hazırkı reqlamentə əsasən, bütün komandalar eyni güc qurğusundan istifadə edirlər. Belə olan halda bu müqaviləyə əsasən, hamı bərabər olur”.

XƏBƏR LENTİ