Şehiç "Çaykur Rizəspor"da!

Sayta qoyulub: 18:40 21.06.2018 (450 dəfə oxunub)

Şehiç "Çaykur Rizəspor"da!

Bu mövsüm Türkiyə Super Liqasında vəsiqə qazanan "Çaykur Rizəspor" transfer fəaliyyətini davam etdirir.

Debütant istədiyi qapıçını tapıb. Rizəlilər mövsümün sonunda "Qarabağ"dan ayrılan İbrahim Şehiçlə anlaşıb. Bosniya və Herseqovina yığmasının üzvü yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcək. Super Liqa təmsilçisi son olaraq "Partizan"da çıxış edən 31 yaşlı hücumçu Zoran Toşiçlə fə razılıq əldə edib.

Məlumat üçün bildirək ki, Şehiçin adı İtaliyanın "Parma" və Türkiyə"nin "Ərzurumspor" klubları ilə hallanırdı. 29 yaşlı qapıçı Ərzurum təmsilçisi ilə ilkin anlaşma əldə etsə də, daha sonra "Çaykur Rizəspor"dan sərfəli təklif aldığı üçün qərarını dəyişib.

XƏBƏR LENTİ