Türkiyə Kubokunun qalibi yeni baş məşqçi ilə anlaşıb

Sayta qoyulub: 13:03 21.06.2018 (366 dəfə oxunub)

Türkiyənin "Akhisarspor" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. 

 "Haber 7"-nin məlumatına görə, bu barədə klubun prezidenti Hüseyn Eryüksəl açıqlama verib. O, Safet Susiçlə 1+1 illik müqavilə imzaladıqlarını söyləyib. 63 yaşlı mütəxəssis bu postda Okan Buruku əvəzləyib. 

Qeyd edək ki, "Akhisarspor" başa çatan mövsümdə Türkiyə Kubokunun qalibi olub. Komanda 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. 

 

 

Türkiyə Kubokunun qalibi yeni baş məşqçi ilə anlaşıb

 

"Report"

XƏBƏR LENTİ