"Qəbələ"nin Sloveniya toplanışı başladı

Sayta qoyulub: 08:06 21.06.2018 (275 dəfə oxunub)

"Qəbələ"nin Sloveniya toplanışı başladı
 

2018/19 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” Sloveniya toplanışına start verib. Bir həftəlik Qəbələ toplanışının ardından Sloveniyaya yollanan "qırmızı-qaralar" Moravske Toplitse bölgəsində "Hotel Ajda"da məskunlaşıblar. Sənan Qurbanovun komandası ilk günü bir məşqlə tamamlayıb. Günün ikinci yarısında baş tutan məşqə fiziki təmrinlərlə başlayan komanda üzvləri, daha sonra toplu çalışmalar yerinə yetiriblər.

XƏBƏR LENTİ