Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi

Sayta qoyulub: 12:30 20.06.2018 (387 dəfə oxunub)

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.


Ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşib.

 

Ölkə kubokunun sahibi "Keşlə" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.


Gümüş mükafatçı "Qəbələ" Lüksemburq təmsilçisi "Proqres"ə rəqib olub. İlk oyun səfərdə olacaq.


Bürünc medalçı "Neftçi" isə Macarsıstanın "Uypeşt" klubu ilə üz-üzə gələcək. İlk oyunun Bakıda keçirilməsi nəzərdə tutulub.


Qeyd edək ki,  I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

 

 

 

Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi

 

 

 

qol.az

XƏBƏR LENTİ