“Neftçi”nin iki rəqibi bəlli oldu

Sayta qoyulub: 17:03 19.06.2018 (297 dəfə oxunub)

“Neftçi”nin iki rəqibi bəlli oldu

“Neftçi”nin iyunun 22-dən iyulun 6-dək Türkiyənin Topuk yaylası bölgəsində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda üz-üzə gələcəyi iki rəqibi müəyyənləşib. Dörd yoxlama oyunu keçirməyə planlaşdıran “ağ-qaralar”, iyunun 28-də Rumıniyanın "Dunarea Kalarasi” klubuna, iyulun 5-də isə bu ölkənin digər təmsilçisi "Politexnika”ya qarşı oynayacaq. Digər iki oyundakı rəqiblərin adlarına yaxın zamanda aydınlıq gələcək.

XƏBƏR LENTİ