"Keşlə" 3 legioner transfer edəcək

Sayta qoyulub: 13:01 19.06.2018 (320 dəfə oxunub)

"Keşlə" 3 legioner transfer edəcək
 

Azərbaycan Kubokunun sonuncu qalibi kimi ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” klubu transfer çalışmalarını davam etdirir. “Sumqayıt”dan ayrılan Amil Yunanov və Azər Salahlı ilə güclənən “Keşlə” bununla da yerli oyunçu transferinə yekun vurub. Sabah hazırlıq üçün bir araya gələcək “Keşlə” iyunun 25-də Türkiyəyə yollanacaq. Türkiyə toplanışı zamanı isə komanda minimum 3 legioner oyunçu ilə güclənməyi qarşısına hədəf qoyub. Yuri Maksimovun komandası eyni sayda yoldaşlıq oyunu da keçirməyi planlaşdırıb. Qeyd edək ki, hazırda komandada 2 açıq qalan məsələ var. Bunlar qapıçı Kamran Ağayev və hücumçu Pərdis Fərcad-Azadın komandada qalıb-qalmayacağı ilə bağlıdı.

 

XƏBƏR LENTİ