Şok: Dabo "Qəbələ" ilə razılaşmadı və "Neftçi"yə keçdi

Sayta qoyulub: 16:25 17.06.2018 (400 dəfə oxunub)

Şok: Dabo "Qəbələ" ilə razılaşmadı və "Neftçi"yə keçdi
 

"Neftçi” növbəti transferini reallaşdırıb. "Ağ-qaralar" Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il "Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək. Fransanın "İvri”, "Kreteil”, "İstres” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm "Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub. Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.

XƏBƏR LENTİ