"Şüvəlan" Premyer Liqada oynamaq istəyir

Sayta qoyulub: 15:25 17.06.2018 (145 dəfə oxunub)

"Şüvəlan" Premyer Liqada oynamaq istəyir
 

III Heydər Əliyev Kubokunun qızıl medallarına sahib çıxan “Şüvəlan” gələn mövsüm I Divizionda sonuncu ilini keçirmək istəyir. “Şüvəlan” Premyer Liqaya yüksəlmək üçün əməli fəaliyyətə başlayıb. Belə ki, stadionun qazonunu yeniləyən komanda uşaq komandalarının yaradılmasına da başlayıb. I Divizionda başa çatan mövsümdə bürünc medalları əldə edən “Şüvəlan”ın gələnilki məqsədi çempion olub, Premyer Liqaya yüksəlməkdir. 

Qeyd edək ki, “Şüvəlan”hazırkı baş məşqçisi, gənc mütəxəssis Aqil Nəbiyevlə yola davam edəcək. 

XƏBƏR LENTİ