"Qəbələ" yoxlama oyunu keçirəcək

Sayta qoyulub: 11:13 17.06.2018 (163 dəfə oxunub)

"Qəbələ" yoxlama oyunu keçirəcək

"Qəbələ” mövsümlərarası fasilədə hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Qəbələdə gerçəkləşən təlim-məşq toplanışının 5-ci gününü başa vurub. Komanda iki dəfə məşq edib. Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək məşq prosesi ilə hazırlığın 1-ci mərhələsi başa çatacaq. Ardınca Bakıya yollanacaq “Qəbələ” paytaxtda yoxlama oyunu keçirəcək. Komanda iyunun 18-də MOİK-lə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da başlayacaq. “Qəbələ” iyunun 20-də Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.

XƏBƏR LENTİ