"Keşlə" daha bir futbolçu ilə yolları ayırdı

Sayta qoyulub: 09:22 17.06.2018 (216 dəfə oxunub)

"Keşlə" daha bir futbolçu ilə yolları ayırdı

"Keşlə"dən göndərilən daha bir futbolçu bəlli olub. Avropa Liqasında çıxış edəcək paytaxt klubu serbiyalı Nemanya Stoyanoviçlə yolları ayırıb. Qışda Vyana "Qarabağ"ından icarəyə götürülən yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmayıb.  O, müqavilə ilə məxsusu olduğu Avstriya klubuna geri qayıdacaq. Qeyd edək ki, "Keşlə" Stoyanoviçdən öncə Pablo Podio və Qara Qarayevlə vidalaşıb.

XƏBƏR LENTİ