Qrupdakı rəqibimiz Qızıl Avropa Liqasının qalibi oldu

Sayta qoyulub: 20:22 16.06.2018 (228 dəfə oxunub)

 

Qrupdakı rəqibimiz Qızıl Avropa Liqasının qalibi oldu

Voleybol üzrə Qızıl Avropa Liqasında qadınların yarışında qalib bəlli olub. Millimizlə eyni qrupda çıxış edən Bolqarıstan hamıdan güclü olub.

Macarıstanda təşkil olunan "Dördlər finalı"nda daha yaxşı oynayan bolqarlar çempion adına yiyələniblər. Həlledici qarşılaşçada meydan sahiblərini quru hesabla məğlub edən Bolqarıstan qızıl medallara sahib çıxıb. Finlandiyaya 3:1 hesabıyla qalib gələn Çexiya isə üçüncü yeri tutub.

 

Xatırladaq ki, yığmamızın xalları Bolqarıstanla eyni olsa da, set fərqinə görə komandamız qrupda ikinci olub. Faiq Qarayevin yetirilmələri ən yaxşı ikinci yerin sahibi olsalar da, həlledici oyunların ev sahibi Macarıstan da eyni pilləni tutduğundan yığmamız yarışla vaxtından əvvəl vidalaşmaq məcburiyyətində qalıb.

XƏBƏR LENTİ