Millimizin voleybolçusu İtaliya klubunda!

Sayta qoyulub: 14:19 14.06.2018 (74 dəfə oxunub)


Millimizin voleybolçusu İtaliya klubunda!

Azərbaycan millisinin voleybolçusu Odina Bayramova karyerasını İtaliyada davam etdirəcək. Yığmamızın kapitanı yenidən A Seriyasına yüksələn "Çyieri" ilə anlaşıb. 28 yaşlı hücumçu 1 illik müqavilə bağlayıb. Milli üzvü 2016/17 mövsümündə “Firenze”də forma geymişdi. Bu, Bayramovanın İtaliyaya ikinci səfəri olacaq. O, son mövsümü isə Türkiyədə “Seramiksan”da keçirib. Qeyd edək ki, Natalya Məmmədova 2006/07 mövsümündə “Çyeri”də çıxış edib (Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsi).

XƏBƏR LENTİ