Dabo "Qəbələ"də qaldı

Sayta qoyulub: 12:57 14.06.2018 (178 dəfə oxunub)

Dabo "Qəbələ"də qaldı
 

Azərbaycan çempionatının bombardiri Baqali Dabo gələn mövsüm oynayacağı komandanı müəyyənləşdirib. Fransalı forvard "Qəbələ" klubu ilə razılıq əldə edib.  

O, gələn mövsümü də "qırmızı-qaralar"ın heyətində keçirəcək. Hazırda vətənində istirahətdə olan futbolçu yaxın günlərdə klubu ilə müqavilə müddətini artıracaq. Bununla da, əyalət təmsilçisi heyətində olan futbolçularla danışıqları yekunlaşdırıb.  

Qeyd edək ki, "Qəbələ" mövsüm başa çatdıqdanra Dion Malon, Elvin Məmmədov, Vitali Vernidub, Ruslan Qurbanov, Filip Ozobiç və Famussa Kone ilə yolları ayırıb.

XƏBƏR LENTİ