Yaxın müddətdə Çelsi Sarrinin təyinatını elan edəcək

Sayta qoyulub: 09:17 14.06.2018 (205 dəfə oxunub)

Maurisio Sarri yaxın müddətdə Çelsinin yeni baş məşqçisi təyin ediləcək. Roman Abramoviç Antonio Konetni istefaya göndərmək qərarını verib. Londonlular artıq Sarri ilə razılığa gəliblər.


Xatırladaq ki, Sarrini təyin etməzdən əvvəl Çelsi Napoliyə 8 milyon avro ödəməlidir. İlk vaxtlar məhz bu, təyinata əngəl olmuşdu. Lakin sonradan Sky Sportsun verdiyi məlumata görə Çelsinin xoşuna Sarrinin Roberto Mançini ilə 2016-cı ildə söyüşməsi gəlməyib. Klub belə reputasiyası olan mütəxəssisdən vaz keçib.


Buna baxmayaraq London təmsilçisi onu baş məşqçi təyin etmək qərarına gəlib. Yaxın günlərdə təyinatla bağlı rəsmi məlumat veriləcək.

XƏBƏR LENTİ