Fernando Yerronun baş məşqçi postunda ilk müsahibəsi

Sayta qoyulub: 19:00 13.06.2018 (355 dəfə oxunub)

Ispaniya milli komandasının yeni baş məşqçisi Fernando Yerro mətbuat konfransı keçirib.

"Xulyen Lopategiyə gələcək karyerasında uğurlar arzulayıram. O, güclü komanda yaradıb. 2 gün ərzində heç nəyi dəyişmək mümkün deyil.

Biz öz üslubumuza sadiq qalacağıq. Əsas odur ki, məqsəd və hədəflər dəyişməyib. Yaxşı ki, bu vaxta qədər bütün məşqlərdə iştirak etmişəm. Komandanın necə oynamasından xəbərdaram".

Xatırladaq ki, bu gün Xulyen Lopategi istefaya göndərilib və ölkə futbol federasiyasının prezidenti Rubiales onun vəzifəsini idman direktoru Fernando Yerronun yerinə yetirəcəyini bildirib.


Fernando Yerronun baş məşqçi postunda ilk müsahibəsi

XƏBƏR LENTİ