"Real" yeni baş məşqçisi üçün təzminat ödəyəcək

Sayta qoyulub: 08:05 13.06.2018 (178 dəfə oxunub)

"Real" yeni baş məşqçisi Xulen Lopeteqi üçün İspaniya Futbol Federasiyasına təzminat ödəyəcək.


51 yaşlı mütəxəssislə vaxtından əvvəl müqaviləyə xitam veriləcəyi üçün federasiya Madrid klubundan 2 milyon avro alacaq. Bununla bağlı X.Lopeteqinin müqaviləsində qeyd olunub.


Qeyd edək ki, hazırda İspaniya millisinin baş məşqçisi olan X.Lopeteqi DÇ-2018-dən sonra "Real"ı çalışdıracaq.


Xatırladaq ki,  X.Lopeteqi ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.

 

 

 

"Real" yeni baş məşqçisi üçün təzminat ödəyəcək

 

 

 

 

qol.az

XƏBƏR LENTİ