Voleybol millimizin üzvü İtaliya klubunda

Sayta qoyulub: 13:44 12.06.2018 (153 dəfə oxunub)

 

Voleybol millimizin üzvü İtaliya klubunda

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimovanın yeni klubunun adı bəlli olub. Hücumçumuz karyerasını İtaliyada davam etdirəcək.

Təcrübəli voleybolçumuz 2018/2019 illər mövsümündə İtaliyanın "Pomi Casalmaggiore" klubunun uğurları üçün çalışacaq. Rəhimova ən az bir il bu klubun formasını geyinəcək.

 "Pomi" klubu yığmamızın üzvü ilə yanaşı, italiyalı Valentina Arrigettini də sırasına qatıb. Artıq hər iki voleybolçu ilə rəsmi müqavilə imzalanıb və onlar ictimaiyyətə təqdim olunublar. 

Qeyd edək ki, bu, Polinanın İtaliyada ilk çıxışı olacaq. Bundan əvvəl o, ölkəmizlə yanaşı, Cənubi Koreyada, Yaponiya və Türkiyədə çıxış edib.

XƏBƏR LENTİ