Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

Sayta qoyulub: 13:21 12.06.2018 (411 dəfə oxunub)

Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı
 

Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb. Püşkün nəticəsi belə olub:

Çempionlar Liqası

Çempionlar yolu, ilkin mərhələ

"Santa Koloma" (Andorra) - "Drita" (Kosovo)

"La Fiorita" (San-Marino) - "Linkoln" (Cəbəllütariq)

Cütün qalibləri final matçında üz-üzə gələcək və qələbə qazanan komanda adını I təsnifat mərhələsinə yazdıracaq. Həmin klub Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibinə çevriləcək.

ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq.

Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində “böyük beşlik” klubları iştirak etməyəcək.

XƏBƏR LENTİ